İran ABŞ təyyarəsini belə vurdu - VİDEO

  • By admin
  • 21 İyun 2019 17:40

Xəbər verdiyimiz kimi, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzində ABŞ-ın pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Gununsesi.org xəbər verir ki, İran dövlət televizyası  (İRIB) ABŞ-a məxsus vurduğu RQ-4 “Global Hawk” pilotunun görüntüsünü yayımlayıb.  Məlumatda bildirilir ki, RQ-4 “Global Hawk” tipli kəşfiyyatçı funksiyalı PUA İran sərhədlərini pozduğuna görə vurulub. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) kapitanı Bill Urban “Associated Press”ə açıqlamasında hadisə barədə rəy verməkdəm imtina edib.