İran gəmisinin Xəzərdə qəzaya düşməsinin səbəbi bilindi

  • By admin
  • 11 Yanvar 2018 22:11


İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub.

APA-nın verdiyi xəbərə görə, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.

Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.

Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.

Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir.

Gununsesi.info