İran Norveçə etiraz notası göndərib

  • By admin
  • 26 Noyabr 2019 22:42

İran Norveçin Tehrandakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb və bu ölkəyə etiraz notası verib.

Gununsesi.org-un apa-aya istinadən məlumatına görə, Norveçdə “İslamlaşmağı dayandıraq” sağçı millətçi qrupun “Quran-i Kərim”in nüsxəsini yandırmaq cəhdini qınayan İran XİN bu addıma sərt etiraz edib.

Notada bu kimi pis hərəkətlərin Norveçdə ifratçılıq və zorakılığın geniş yayılmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib.

 

Gununsesi.org