İran polisi Yəzd şəhərində 1,5 ton narkotik vasitə müsadirə edib

İran polisi Yəzd şəhərində 1,5 ton narkotik vasitə müsadirə edib

İranın hüquq-mühafizə orqanları narkotik vasitələrin qaçaqmalçılığına qarşı qətiyyətli mübarizəni davam etdirirlər.

Gununsesi.org xəbər verir ki, İran polisinin Yəzd şəhərində keçirdiyi əməliyyat zamanı 1,5 ton narkotik vasitə müsadirə olunub. Şəhərin polis rəisi general Məhəmmədrza Mirheydəri jurnalistlərə bildirib ki, müsadirə olunan narkotik vasitələr arasında sintetik narkotik maddələr daha təhlükəlidir. Bu qəbildən narkotiklər insanda daha güclü asılılıq yaradır və aludəçilər narkotik maddəni əldə etmək üçün hər cür cinayəti törətməyə hazır olurlar.

General bildirib ki, əməliyyat zamanı həbs olunanlar var. Hazırda onlar dindirilir. Narkotik maddələr Əfqanıstandan İrana, buradan isə qaçaqmalçılıq yolu ilə Avropa ölkələrinə daşınır. İran Avropa dövlətlərinə dəfələrlə müraciət edərək narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizədə yardım istəsə də, müsbət cavab almayıb.

 

 

Gununsesi.org

COMMENTS