İran rusiyalı jurnalisti sərbəst buraxdı

İran rusiyalı jurnalisti sərbəst buraxdı

İran höküməti oktyabrın əvvəlində Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuziki sərbəst buraxıb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən bildirir ki, məlumatı Rusiyanın İrandakı səfirliyi təsdiqləyib. Onlar Yuzikin İrandan Moskvaya yola düşdüyünü bildirib.

Diplomatik nümayəndəlik rusiyalının özünü yaxşı hiss etdiyini əlavə edib.

Xatırladaq ki, jurnalist Yuliya Yuzik oktyabrın 2-də heç bir izahat olmadan saxlanılmışdı.

 

 

Gununsesi.org

COMMENTS