“İran təyyarəni vuranda ABŞ-ın ərazidə F-35 təyyarələrinin olduğunan qorxmuşdu” - LAVROV

  • By admin
  • 18 Yanvar 2020 21:48

Gununsesi.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib ki, İranın ötən həftə Ukrayna təyyarəsini səhvən vurması, Tehran ərazidə ABŞ-ın qabaqcıl stels döyüş təyyarələrinin olduğuna dair məlumatlardan narahat olduğu zamana təsadüf edib.

“Həmin vaxt İran sərhədi ərazisində azı altı F-35 döyüş təyyarəsi var idi. Bu məlumat hələ ki, təsdiq olunmayıb, amma mən bu cür vəziyyətlərin gərginlik yaratdığını vurğulamaq istəyirəm”, Lavrov deyib.

İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 nömrəli reysi vuraraq, 176 nəfərin ölümünə səbəb olması İslam Respublikasının dini liderləri üçün böhran yaradıb. Belə ki, İran ordusu təyyarəni səhən vurduğunu elan edəndən sonra onlara qarşı günlər boyu etirazlar keçirilib.

Moskvada illik nətbuat konfransında çıxış edən Lavorv insidenti insan xətası adlandırıb və deyib ki, o, heç kəsə bəraət qazandırmağa çalışmır.

Amma o deyib ki, kontektsi və insidentin İranın İraqda ABŞ bazlarına hücumundan bir neçə saat sonra, İran qüvvələrinin ABŞ tərəfindən cavab tədbirlərini gözlədiyi zaman baş verdiyini dərk etmək mühümdür.

“İranlıların bazaya hücumdan sonra Birləşmiş Ştatların cavab olaraq başqa bir hücum edəcəyini gözlədiyinə, amma həmin hücumun hansı formada olacağını bilmədiyinə dair məlumat var”, Lavrov söyləyib.

 

Gununsesi.org