İran XİN: - İRAN DA, ABŞ DA MÜHARİBƏDƏN UZAQDIR

  • By admin
  • 16 İyul 2019 11:11

“Nə İran, nə də ABŞ rəhbərliyi müharibə istəyir. Bunu sadəcə Prezident Donald Trampın ətrafındakı insanlar arzulaya bilər”.

Gununsesi.org xəbər verir ki, bu sözləri İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif “NBC”yə müsahibəsində deyib.

 “İnanmıram ki, Prezident Tramp müharibə istəsin. Lakin ona da inanıram ki, Trampın ətrafında müharibəyə etiraz etməyəcək insanlar da var. Amma onların uğur qazanacağını düşünmürəm, çünki nəticədə, ağıl qələbə qazanacaq”, – deyə Zərif bildirib.

İran XİN rəhbəri həmçinin qeyd edib ki, İran qürurlu ölkədir: “Və biz hərbi müdaxilə fikrinə yaxşı baxmırıq”.

Gununsesi.org