İranda ağır yol qəzası - 6 NƏFƏR ÖLDÜ

  • By admin
  • 13 Oktyabr 2019 11:35

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda “Pride” markalı avtomobil “Peugeot” markalı avtomobillə toqquşub.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə səhər saat 6:00 radələrində qeydə alınıb.

Xaledi əlavə edib ki, yol qəzasında 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Təşkilat rəsmisi hadisə yerinə 3 təcili yadım maşınının göndərildiyini deyib.
Gununsesi.org