Şərqi Azərbaycan vilayətində güclü zəlzələ: 5 ölü, 120 yaralı – Fotolar

  • By admin
  • 08 Noyabr 2019 09:00

İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dağıdıcı yeraltı təkan nəticəsində azı 5 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.

Zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

Fövqəladə hadisə yerinə səkkiz xilasedici komanda göndərilib.