İranın Təhlükəsizlik Nazirliyi ölkədə iğtişaşlar törətməyə cəhd edən dəstənin üzvlərinin həbs edildiyini açıqlayıb.
Gununsesi.org-un Apa-ya istinadən xəbərinə görə, Nazirliyin yaydığı məlumatda bildirilib ki, dəstə üzvləri 7 dekabr – tələbələr günündə benzinin qiymətinin artımından sonra Tehran universitetlərinin tələbələrinin bahalaşmaya dair piketlərini küçə etirazlarına çevirməyi planlaşdırıblar.
Dəstə üzvləri həbs olunub, onların barəsində cinayət işi başlanılıb.
Gununsesi.org