İranda məktəblər bağlandı – Bu səbəbdən

  • By admin
  • 07 Dekabr 2019 14:13
İranın bəzi vilayətlərində məktəblər şaxtalı və qarlı hava, qripin yayılması səbəbindən fəaliyyətini dayandırıb.

Gununsesi.org-un Trend-ə istinadən məlumatına görə, İranın Ərdəbil vilayətində 2 gün, Sistan və Bəluçestan vilayətində 3 gün müddətinə bütün məktəblər fəaliyyətini dayandırıb.

İranın Xuzistan vilayətində 1 gün, Qəzvin vilayətində 2 gün, Çahar-Mahal və Bəxtiyari vilayətində 1 gün, Kürdüstan vilayətində 1 gün, Şərqi Azərbaycan vilayətində 1 gün və İsfahan vilayətində 1 gün müddətinə bəzi məktəblər fəaliyyətini dayandırıb.