İrandan ABŞ-a -XƏBƏRDARLIQ

  • By admin
  • 24 İyun 2019 12:20

ABŞ bilir ki, İran öz hava məkanının pozulmasının qarşısını sərt şəkildə almaq iqtidarındadır.

Gununsesi.org-un xəbərinə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi deyib.

Onun sözlərinə görə, düşmən (ABŞ) ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:

“Hamı gördü ki, həmin pilotsuz uçuş aparatı (PUA) dayandırıldı və biz bunu dəfələrlə təkrar edə biləcəyimizi deyirik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaları açıqlayacaq. Növbəti sanksiyalar PUA-nın vurulmasına və Hörmüz boğazında iki tankerə hücuma cavab olaraq tətbiq ediləcək.

Gununsesi.org