İrandan ABŞ-ın sanksiyalarına cavab - “Narahat deyilik”

  • By admin
  • 06 Noyabr 2018 09:49

İran ABŞ-ın yeni sanksiyaları ilə bağlı açıqlama verib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, yüksək çinli məmurlardan biri sanksiyaların ABŞ-ın İrana münasibətində heç nəyi dəyişmədiyini bildirib: “Burada yeni heç bir şey yoxdur. Bu sanksiyalar bizi narahat etmir və təzyiqə boyun əyməyəcəyik”.

Qeyd edək ki, ABŞ 700-dən çox İran şirkətinə və ayrı-ayrı şəxslərə yeni sanksiya tətbiq edib.