İranın İraqdakı konsulluğu ikinci dəfə yandırıldı

  • By admin
  • 02 Dekabr 2019 18:47

İraqın Nəcəf şəhərində etirazçılar ikinci dəfə İranın Baş Konsulluğunun binasını yandırıblar.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, yoxsulluq və korrupsiya əleyhinə başlayan aksiyalar İran əleyhinə nümayişlərlə də davam edir. Belə ki, etirazçılar İranın İraqın daxili işlərinə qarışdığını və şiə məzhəbli siyasəti dəstəklədiyini bildirərək “İran, ölkədən çıx, Bağdad müstəqil olsun” şüarları səsləndiriblər. Yanğınsöndürənlər konsulluq binasındakı yanğını söndürməyə çalışırlar. Binada kimsənin olmadığı bildirilir.

Qeyd edək ki, 3 gün əvvəl də İranın Nəcəfdəki konsulluğu yandırılmış, bu səbəbdən küçəyə çıxmaq qadağan edilmişdi.

Oktyabrın 1-dən başlayan aksiyalarda 350-dən çox insan ölüb, 15 mindən çox insan isə yaralanıb.