İranın Kərbəladakı konsulluğuna hücum olub

  • By admin
  • 04 Noyabr 2019 10:59

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.

Gununsesi.org xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstəriblər.

Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.

 

Gununsesi.org