İraqda baş verən xalq etirazları hökumətin buraxılmasına səbəb oldu – PARLAMENT TƏCİLİ TOPLANIR

  • By admin
  • 30 Noyabr 2019 07:57

İraqın Baş naziri Adel Abdul Mahdinin vəzifəsini tərk edəcəyi ilə bağlı etdiyi bəyanatdan sonra hökumətin də istefa verəcəyi bildirilir.

Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Baghdad Al Youm” nəşri yazır.

Artıq şənbə günü Nazirlər Kabineti ölkədə baş qaldıran və 400 nəfərin həyatına son qoymuş kütləvi etirazların fonunda hökumətin buraxılması ilə bağlı təcili iclasa toplaşacaq.

Hökumətin gələcək taleyi ilə bağlı qərarı artıq səsverməyə hazırlaşan parlament qəbul etməlidir.

Lakin deputatların qərarından asılı olmayaraq, Nazirlər Kabinetinin hazırkı tərkibi daha 30 gün, yenisi təyin olunana qədər çalışacaq.

Xatırladaq ki,cümə günü İraqın Baş naziri Adel Abdul Mahdi  ölkədə davam edən etiraz aksiyaları fonunda istefa verməyə hazırlaşdığını bəyan edib.

Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə mövcud problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərin əsas tələblərindən biri də Baş Nazir Adil Əbdül Mehdinin istefasıdır.

Mitinqlər başlayandan indiyədək polislə toqquşmalarda 400-dən çox insan həlak olub, 15 mindən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gununsesi.org