İraqda terror aktları nəticəsində 11 nəfər ölüb

  • By admin
  • 25 Dekabr 2016 20:18

terror

 

İraqın paytaxtı Bağdadda və onun ətraf qəsəbələrində törədilən partlayışlar nəticəsində ən azı 11 nəfər ölüb, 34 nəfər yaralanıb.

Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.

Məlumata görə, bombalar Suveyb və Nəhrəvan rayonlarında partladılıb.

Terror aktlarına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Gununsesi.info