İraqda törədilən partlayış zamanı terror qurbanlarının sayı artıb

  • By admin
  • 16 Noyabr 2019 10:41

Cümə günü İraqın paytaxtı Bağdadda törədilən terror hücumu nəticəsində ölənlərin sayı altı nəfərə yüksəlib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, yaralıların sayının 30 nəfərə qədər yüksəldiyi barədə məlumat verilib. Daha öncə verilən açıqlamada ölənlərin sayı dörd, yaralıların isə 20 nəfər olduğu qeyd olunurdu.

 

Partlayıcı maddə ilə yüklənmiş avtomobil paytaxt Bağdadın mərkəzində yerləşən, etirazların keçirildiyi Təhrir meydanının yaxınlığında işə düşüb.

Qeyd edək ki, İraqda oktyabr ayından başlayaraq kütləvi etiraz aksiyaları keçirilir. İraqlılar sosial ədalətsizliyə, işsizlik və xarici ölkələrin İraqa müdaxiləsinə etiraz edirlər.

Gununsesi.org