İraqda türk diplomatlar qətlə yetirildi

  • By admin
  • 17 İyul 2019 16:58

İraqın Kürdüstan bölgəsində Türkiyə diplomatlarına qarşı hücum olub.

Habertürk”ün məlumatına görə, Ərbil şəhərində Türkiyə konsulluğunun işçilərinin olduğu restorana edilmiş silahlı hücum nəticəsində üç türk diplomatı həlak olub.

 Hücum səsboğucu silahlarla silahlanmış iki şəxs tərəfindən törədilib.

Hadisə terror aktı kimi qiymətləndirilib. İlkin ehtimallara əsasən, hücumun arxasında PKK terror təşkilatı durur.