İraqda xalq etirazları nəticə verdi – Prezident istefa ərizəsini qəbul etdi

  • By admin
  • 02 Dekabr 2019 11:36

İraqda 2 aydır davam edən siyasi böhranı sonlandırmaq məqsədilə istefasını prezidentə təqdim edən Adil Əbdül Mehdinin ərizəsi qəbul edilib.

Gununsesi.org BAKU.WS-ə istinadən xəbər verir ki, istefanın qəbul edilməsindən sonra Parlament sədri Məhəmməd Halbusi Baş nazir postunu Bərhəm Salehə təklif edəcəklərini söyləyib.

Qeyd edək ki, Adil Əbdül Mehdi 2018-ci ilin oktyabrında vəzifəyə gəlmişdi. O, bu ilin oktyabrında başlayan kütləvi etiraz aksiyalarından sonra istefa vermək məcburiyyətində qalıb.

Xəbərin digər istinad mənbəyi İHA xəbər agentliyidir

Gununsesi.org