İsa Qəmbər Müsavat üzvlərinə müraciət etdi - "Arif Hacılıya səs verin"

  • By admin
  • 09 Oktyabr 2019 10:48

Müsavat Partiyasının lideri İsa Qəmbər qurultayda səs verəcəyi namizədin adını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılıya səs verəcəyini deyib. O, bütün Müsavat Partiyasının üzvlərinə və qurultay nümayəndələrini Arif bəyə səs verməyə səsləyib:

“Mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır. Bu mövqeyimin səbəbləri çoxdur. Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var. Arif bəyə səs verin!”.

Qeyd edək ki, Müsavat Partiyası növbəti qurultayını oktyabrın 12-də keçirəcək. Başqanlıq uğrunda 3 nəfər -Yadigar Sadıqlı, Tofiq Yaqublu və Arif Hacılı mübarizə aparır.