İsgəndər Həmidovdan bayrağımıza qarşıHÖRMƏTSİZLİK - FOTO

İsgəndər Həmidovdan bayrağımıza qarşı

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Azərbaycan bayrağına qarşı hörmətsizlik edib.

Gununsesi.org xəbər verir ki, internet televiziyasına müsahibə verən İsgəndər Həmidovun fonunda olan Azərbaycan bayrağı tərsinə asılıb. Belə ki, divarda asılan bayraqda mavi və yaşıl rənglərinin yeri səhvdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin son “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

COMMENTS