İsgəndər Həmidov siyasətdən getdi – “Siyasətdən uzaqlaşmalı oldum”

  • By admin
  • 20 Noyabr 2019 00:56

Keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:

“Həkimlərin məsləhətilə yenidən – üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.

Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.

 

Gununsesi.org