İşlətdiyi çayxanadan 1,5 kq-a yaxın marixuana götürüldü

  • By admin
  • 29 Sentyabr 2019 13:23

Tərtər rayonunun Mamırlı kəndində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Gununsesi.org xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Əli Həsənovun işlətdiyi çayxanaya və yaşadığı evə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Gununsesi.org