İslamiadanın qalibində dopinq tapıldı

  • By admin
  • 21 Fevral 2018 16:04

Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.

Gununsesi.info Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən xəbərt verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.

Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb.

Qeyd edək ki, AMADA Sarıyevayadək daha 5 idmançımızı diskvalifikasiya etmişdi.