İslandiya və Portuqaliya oyununda qalib müəyyənləşmədi - Avro-2016

  • By admin
  • 15 İyun 2016 08:13

gunarsson _ronaldo _euro 2016

Avropa çempionatında qrup mərhələsinin ilk turdakı oyunlarına yekun vurulub. Gununsesi.info xəbər verir ki, sonuncu 4 komanda da turnirdə debüt edib.

İlk olaraq meydana Avstriya və Macarıstan milliləri çıxıblar. Macarlar Salai və Ştiberin qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər matçında isə Portuqaliya və İslandiya yığmaları üz-üzə gəliblər. Demək olar ki, matçın tamamını hücumda keçirən portuqallar yarım saatın tamamında hesabı açıblar. Nani fərqlənib. Qoldan sonra da təzyiq davam etsə də, ilk hissə elə bu hesabla da bitib. İkinci hissəyə isə İslandiya qolla başlayıb. 50-ci dəqiqədə Byarnasson bərabərliyi gətirən qola imza atıb. Qalan dəqiqələrdə pireneylilər çox cəhd etsələr də, hesabı dəyişmək mümkün olmayıb.

Avropa çempionatı

Qrup mərhələsi

F qrupu

Portuqaliya – İslandiya – 1:1

Qollar: Nani, 31 – Byarnsson, 50