İsmayıllıda kütləvi zəhərlənmə baş verdi - 7 NƏFƏR

  • By admin
  • 19 Sentyabr 2019 14:22

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən Gununsesi.org-a bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”, nazirlikdən bildirilib. 

Gununsesi.org