İspaniyada həyəcan siqnalı- GÜCLÜ YAĞIŞLAR 4 NƏFƏRİN HƏYATINA SON QOYDU

İspaniyada həyəcan siqnalı

İspaniyada güclü yağışlar 4 nəfərin həyatına son qoyub.

Gununsesi.org-un İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, güclü yağışlar səbəbindən Əndəlüs, Almeriya və Kastiliya-La-Manç vilayətlərində ümumilikdə 4 nəfər həyatını itirib.

İspaniya Dövlət Meteorologiya Agentliyi bir neçə vilayətdə güclü yağış və külək səbəbi ilə xəbərdarlıq edib, bəzi yaşayış məntəqələrində ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub.

Güclü leysan yağışları yolların bağlanmasına, dəmir yolu nəqliyyatının fəaliyyətinin qismən məhdudlaşmasına səbəb olub.

 

Gununsesi.org

COMMENTS