İsrail hərbi qüvvələri Dəməşqi bombaladı – Ölən və yaralananlar var

  • By admin
  • 20 Noyabr 2019 13:06

İsrail hərbi təyyarələri 20 noyabra keçən gecə Suriya ordusuna və İslam İnqilabı Keşikçilərinin “Əl-Qüds” batalyonuna məxsus mövqelərinə zərbələr endiriblər.

Gununsesi.org məlumat verir ki, “Qafqazinfo”nun “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum SAR tərəfindən yəhudi dövlətinin ərazisinə dörd raketin atılmasına cavab xarakteri daşıyıb.

Qeyd olunur ki, İsrail ordusu çərşənbə axşamı raketlərin atılmasını qeydə alıb, bütün mərmilər “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən tutulub. Hücumunun hədəflərindən biri də “Əl-Qüds” qərargahının olduğu Dəməşq hava limanının yaxınlığında yerləşən bina olub.

Mümkün qurban və yaralananlar barədə məlumat yoxdur.