“İsrailin siyasətini qanunsuz sayırıq” – Moqerini

  • By admin
  • 19 Noyabr 2019 12:36

Avropa Birliyi İsrailin İordan çayının Qərb sahilində apardığı məskunlaşma siyasətini qeyri-qanuni saymağa davam edir.

Gununsesi.org Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib. O, Təl-Əvivin bu fəaliyyətinin Fələstin-İsrail konfliktinin həlli imkanlarını zədələdiyini bildirib.

Moqerini Avropa Birliyinin bundan sonra da konfliktin iki dövlət prinsipi əsasında həllinə dəstəyini göstərməyə davam edəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonun artıq İordan çayının qərb sahilində İsrail məskunlaşmasını beynəlxalq hüququn pozulması kimi dəyərləndirmədiyini bildirib.

 

Gununsesi.org