İsrailin Xarici İşlər Nazirliyinin binasında partlyaş baş verib

  • By admin
  • 13 Yanvar 2019 21:35

 İsrailin Xarici İşlər Nazirliyinin binasında partlyaş baş verib.

“Gununsesi.org” un “RİA Novosti”yə istinadən məlumatına görə, nazirliyin binasında qaz qumbarasının partlaması nəticəsində mühafizəçilərdən bir neçəsi gözyaşardıcı qazdan zərər çəkib. Hadisənin XİN binasının qumbaralar saxlanılan anbarında baş verdiyi bildirilir.

İnsidentin səbəblərini araşdırmaq üçün polis işə başlayıb.

Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmaması üçün kondisionerlərin söndürülməsi tapşırılıb. İnsanların təxliyəsinə ehiyac olmayıb.