İşsiz gənclərə müjdə

  • By admin
  • 08 Dekabr 2018 22:42

Gənclərin məşğulluq problemlərinin həlli istiqamətində daha bir proqram həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Gənclər Fondunun reallaşdıracağı məşğulluq proqramında bir sıra maraqlı məqamlar yer alıb. Müxtəlif şirkətlərin, gəncləri işə qəbul etmələri üçün proqramda stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun sözlərinə görə, artıq proqramın icrası ilə bağlı ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanılıb. Yaxın aylarda yekunlaşacaq danışıqlar zamanı mövcud vakansiyalar, eləcə də kvotalar müzakirə edilir. Bu proqrama qoşulmaq isə çox sadədir.

Proqram çərçivəsində heç bir iş təcrübəsi olmayan yüzlərlə gəncin işlə təmin ediləcəyi gözlənilir.