İstanbul seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb

İstanbul seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb

Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, yenilənən İstanbul Böyükşəhər Bələdiyyə Rəhbərliyinə keçirilən seçkilərin İstanbul Ədliyyəsindəki rayon Seçki Qurumu tərəfindən hazırlanan qeyri-rəsmi nəticələri açıqlanıb.

Gununsesi.org-un “Milliyet”ə istinadən verdiyi xəbərə görə, nəticələrə əsasən, seçkidə 10 milyon 570 min 354 seçicinin 8 milyon 925 min 63-ü seçki məntəqələrinə gedərək səsini verib.

Səslərdən 8 milyon 746 min 464-ü etibarlı, 178 min 599-u isə etibarsız sayılıb.

CHP Namizədi Əkrəm İmamoğlu 4 milyon 741 min 868 səs (54,21 faiz), AKP namizədi Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs (44,99 faiz səs) toplayıb.

Bundan başqa, “Səadət” partiyasından namizəd Necdet Gökçınar 47 min 829, “Vətən” partiyasından namizəd Mustafa İlker Yücel isə 14 min 545 səs qazanıb.

 Gununsesi.org

COMMENTS