İstanbulda 235 polis əməkdaşı saxlanılıb

  • By admin
  • 12 Oktyabr 2016 11:32

turkiye

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı Ankara Təhlükəsizlik Müdirliyi Mütəşəkkil cinayətlərlə Mübarizə Şöbəsi səhər saatlarında əməliyyat keçirib.

Gununsesi.info “Axşam” qəzetinə istinadən xəbər verir ki, Ankaranın 13 mahalında keçirilən əməliyyat zamanı toplam 235 polis əməkdaşı saxlanılıb. Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri var.

Məlumata görə, saxlanılanlar FETÖ terror təşkilatının “ByBlock” kodundan istifadə etdikləri iddia edilir.
Hazırda əməliyyat davam etdirilir.

Anar

Gununsesi.info