İstanbulda öldürülən jurnalistə görə 18 nəfər həbs edildi

  • By admin
  • 20 Oktyabr 2018 12:28

Jurnalist Camal Qaşıqçının 2 oktyabrda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilməsi ilə bağlı 18 nəfər həbs edilib.

“Gununsesi” xəbər verir ki, kral ailəsinin müşaviri Səud Kahtani, Kəşfiyyat İdarəsinin rəis müavini Əhməd Əsiri və daha 3 yüksək rütbəli kəşfiyyat işçisi isə vəzifələrindən azad ediliblər.

Kəşfiyyat İdarəsinin yenidən təşkili üçün komitə yaradılıb və vəliəhd şahzadə həmin komitəyə Məhəmməd bin Salman sədr təyin edilib.

Qeyd edək ki, S.Ərəbistanın Baş Prokurorluğu C.Qaşıqçının konsulluq binasında dava zamanı öldüyünü açıqlayıb.