Itə görə həmkarını qətlə yetirən çobana hökm oxunub

  • By admin
  • 06 Noyabr 2018 22:24

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Gununsesi.org”-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə Şamaxı rayonunun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşğul olan rayonun Quşçu kənd sakini, 1980-ci il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyevqonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.