İtaliya İranın hava yolları şirkətinə sanksiya tətbiq edib

  • By admin
  • 02 Noyabr 2019 12:47

İtaliya hökuməti İranın “Mahan Air” hava yolları şirkətinə məxsus təyyarələrin ölkənin hava limanına enişini qadağan edib.

Gununsesi.org xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilib.

Qeyd edək ki, Almaniya və Fransa hökumətləri də İranın bu şirkətinə qadağa qoyub.

 

Gununsesi.org