İtaliyada sürücü avtomobili Milad bazarına gələn piyadaların üstünə sürüb

  • By admin
  • 09 Dekabr 2017 21:36


İtaliyada təşkil olunan Milad bazarında sürücü avtomobili piyadaların üzərinə sürüb.
“Report” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Yerli KİV-in məlumatına görə, hadisə Sondrio şəhərinin mərkəzi meydanında qeydə alınıb.
Sürücü saxlanılıb, asayiş keşikçiləri hadisənin səbəblərini araşdırır.
Eyni zamanda qeyd olunur ki, saxlanılan şəxs ərazidən qaçmaq istəyib. Onun sərxoş olduğu istisna edilmir.

Gununsesi.info