İtkin düşən modelin çimərlikdə meyiti tapıldı

  • By admin
  • 05 Dekabr 2019 09:47

İngiltərəli model Holli Kapron itkin düşüb. Bir həftə sonra onun meyiti Briksem şəhərində çimərlikdə tapılıb.

Gununsesi.org “Daily Mail”ə istinadən  xəbər verir ki, psixi problemləri olduğu deyilən model daha əvvəl də bir neçə günlük yoxa çıxıb, sonra geri qayıdıb.

Onun itkin düşüb daha sonra ölü vəziyyətdə tapılması qaranlıq qalıb.

19 yaşından model işləyən 28 yaşlı Kapronun iki yaşlı oğlu var.

Polis hadisəni araşdırır.

Gununsesi.org