İtkin düşən qız tapıldı

  • By admin
  • 17 Mart 2019 23:14

Martın 8-də paytaxtın Sabunçu rayonu ərazisində iitkin düşən qadın tabılıb. 

Gununsesi.org bildirir ki, bu barədə Oxu.az-a qadının yaxınları məlumat verib.

Bildirilir ki, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 16-da axşam saatlarında Sabunçu rayonunda yaşadığı məhəllədəki evlərin birində tapılıb.

S. İsmayılova valideynlərinə təhvil verilərək Sabirabad rayonuna yola salınıb.

Qeyd edək ki, S. İsmayılova martın 7-dən 8-nə keçən gecə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.