İtkin düşən yeniyetmə qız tapıldı - FOTO

  • By admin
  • 10 Yanvar 2018 22:22

Bakının Maştağa qəsəbəsində itkin düşən 14 yaşlı qız tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən verilən məlumata görə, yanvarın 7-də itkin düşən Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva Nərimanov rayonu ərazisindəki parkda tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info