İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı

  • By admin
  • 20 Oktyabr 2019 17:47
Dünyanın bir çox nöqtəsi ilə oturduğumuz yerdən əlaqə yaratmağı təmin edən “Google Earth” da zaman-zaman qeyri-adi görüntülərə rast gəlinir. Hətda bu görüntülər bəzən gizli olan hadisələri də ortaya çıxarır.
ABŞ-ın Florida ştatında Vellinqton qəsəbəsinin keçmiş sakinlərindən biri “Google Earth”da bölgə haqqında araşdırma apararkən olduqca qəribə bir görüntüyə rast gəlib. Sözügedən şəxs bir gölün içində avtomobil olduğunu görüb və gölün olduğu bölgənin yeni sahibinə vəziyyət haqqında məlumat verib. Ərazinin yeni sahibi şəxsi dronu ilə göldə bir avtomobilin olduğunu görüntüləyərək dərhal polisə xəbər verirb.
Gununsesi.org xəbər verir ki, avtomobili göldən çıxaran polis əməkdaşları içəridə insana aid olan sümük qalıqları tapıb. Aparılan araşdırma zamanı qalıqların 1997-ci ildə həyatını itirən Villiam Moldt adlı şəxsə aid olduğu ortaya çıxıb.
1997-ci ildə 40 yaşında olan Villiam Moldtun Florida ştatında bir gecə klubundan çıxdıqdan sonra itkin düşdüyü və uzun müddət davam edən araşdırmalardan sonra axtarışların dayandığı bildirilib.
Gununsesi.org