Jurnalistlərin nəzərinə: Jurnalist övladları üçün velosiped yarışı keçiriləcək

  • By admin
  • 20 Avqust 2019 16:42

Avqustun 25-i saat 17:00-dan 20:00-a qədər Jurnalistlər Binasının həyətində jurnalist övladları üçün velosiped yarışı keçiriləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalist Yelena Eyvazlı Sidorenko məlumat paylaşıb.

O bildirib ki, yarış Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutacaq:

“Əgər sizin də övladınız velosiped həvəskarıdır və özünə güvənirsə, qeydiyyatdan keçməyə tələsin. Bunun üçün övladınızın adını, soyadını, yaşını və əlaqə nömrəsini Yelenasidorenko@mail.ru ünvanına göndərməyiniz kifayətdir. Son müraciət tarixi 21 avqust saat 20:00-a qədərdir. Tədbirə giriş sərbəstdir”.

Gununsesi.org