Kərəm Həsənov Yardımlıda kütləvi etirazla qarşılandı

  • By admin
  • 26 May 2016 16:34

kerem....

Komitə sədri haqqını əllərindən aldığı həmyerlilərinin qarşısından qaçdı

 

Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yardımlı rayonunda əhalinin kütləvi etirazı ilə qarşılaşıb. Gununsesi.info-nun xəbərinə görə, komitə sədri mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin rayonlarda yerli əhali ilə görüş planına uyğun olaraq, Yardımlıya gedib.

Görüş iştirakçılarının məlumatına görə, şikayətə gələnlər elə Kərəm Həsənovun özündən və onun qohumlarından narazı qalanlar olub. Ancaq polisin və komitə sədrinin müşaiətçiləri narazıları ərazidən kənarlaşdırmağa çalışıb. Əslən Cəlilabad rayonundan gələn sakinlər iddia edib ki, Kərəm Həsənov və onun qohumları onlara məxsus pay torpaqlarının qanunsuz olaraq, ələ keçirib. Vətəndaşların şikayətlərini dinləməkdən imtina edən komitə sədri görüşü yarımçıq saxlayaraq, rayonu tərk edib.

Sakinlər bildirib ki, Kərəm Həsənov əslən Cəlilabaddan olsa da rayona gəlmədiyindən onu görə bilmirlər.

 

Gununsesi.info