Gununsesi.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, Kadırov həmçinin 1944-cü ilin fevralın 23-də İosif Stalinin sərəncamı ilə həyata keçirilən çeçen xalqının kütləvi deportasiyasını da xatırlayıb.

“Bu gün biz hər bir insanın real hüquq və azadlıqlarının təmin edildiyi yeni bir Rusiyada yaşayırıq. Biz öz milli faciəmizi xatırlayırıq, onu edənlərin adını xatırlayırıq, bu barədə heç vaxt unutmayacağıq “, deyə Kadırov yazıb.

Çeçen xalqını fəth etməyə çalışan çoxlu sayda güclü qüvvələrin olduğunu bildirən Kadırov “Lakin bu müharibələrdən heç biri çeçen xalqına qarşı əbədi lənətlənmiş Stalinin təzyiqi ilə müqayisə edilə bilməz”, deyə fikrini bölüşüb.

Gununsesi.info