Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - FOTOLAR

  • By admin
  • 22 Yanvar 2020 22:12

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Gununsesi.org xəbər verir ki, K.Qafarov yanvarın 22-də Binəqədi rayonunun Mir Cəlal  və Aydinbəyov küçələrinin bir qrup sakini ilə görüşmüşdür. Səmimilik və qarşılıqlı etimad  şəraitində baş tutmuş görüşlər zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat vermiş, onlarla  fikir mübadiləsi aparmışdır.

Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə etmiş, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.

Gununsesi.org