Kamal Abdulla ilə keçmiş dekan arasında nə baş verir?- "GUNUNSESİ" YENİ ARAŞDIRMA BAŞLAYIR

Kamal Abdulla ilə keçmiş dekan arasında nə baş verir?

 

Dövlət Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin bu ali təhsil ocağının rəhbərliyinə, kollektivinə qarşı ittihamları zaman-zaman ayrı-ayrı media quruşlarında gündəmə gətirilir.

Əslində məsələnin mahiyyətinə baxanda bir dekanın vəzifədən çıxarılması bu qədər ictimai əhəmiyyət kəsb etməyən bir söhbət olsa da ancaq bunun rektor Kamal Abdullaya qarşı bir kampaniya xarakteri alması başqa məqamları axtarmağa səbəb verir.

Nəzərə alsaq ki, akademik Kamal Abdulla sıradan bir rektor deyil, həm də O, Azərbaycanın görkəmli yazıçılarından biridir. O zaman nə baş verir? Nədən bir sıra xəbər saytları, qəzetlər bu mövzunu gündəmə gətirərək, Kamal Abdullanı hədəfə çıxarır? 

Gununsesi.org baş verənlərin əsl mahiyyətinin nədən ibarət olmasını araşdırmaq qərarına gəlib.

Bəribaşdan bəyan edirik ki, bu araşdırma təşəbbüsü nə Kamal Abdullanın, nə də Vüsalə Ağabəylidən gəlib.

Onu da vurğulayaq ki, Dillər Universitetində baş verənlərlə bağlı hər iki tərəfin təqdim edəcəyi məlumatları qəbul etməyə, onların nə dərəcədə həqiqət olub-olmamasını öyrənməyə çalışacağıq.

Bu prosesdə digər KİV təmsilçilərinin də araşdırmamızda bizə yardımçı olmasında hər hansı maneə olmadığını bildirmək istəyirik.

Gununsesi.org

COMMENTS