“Kamaz” “VAZ”la toqquşdu, yaralılar var

  • By admin
  • 13 Oktyabr 2019 09:16

Sabirabad iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı minik avtomobil ilə  “Kamaz” markalı yük avtomobilinin  toqquşması nəticəsində rayonun Çığırqan kənd sakinləri – 1991-ci il təvəllüdlü Şirinov Ramil Kərim oğlu və 1989-cu il təvəllüdlü Şirinov Kamil Şamil oğlu xəsarət alıblar.

Yaralılar  Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org