“KamAZ”la piyadanı vurub öldürdü

  • By admin
  • 17 İyun 2019 18:56

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org verdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Göygöl rayon sakini, Afiq Musayev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 1989-cu il təvəllüdlü Dondaryev Turxan Ələkbər oğlunu vurub. Bədən xəsarətləri alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.