Kamil Zeynallı azadlıqda - AÇIQLAMA

  • By admin
  • 21 Mart 2019 19:29
10 sutkalıq inzibati həbsdən sonra idmançı Kamil Zeynallı bu gün azadlığa çıxıb.
Gununsesi.org-a açıqlamasında Kamil Zeynallı saxlanılan zaman hər hansı təzyiqə məruz qalmadığını deyib: “İnsana münasibət birinci özünü necə aparmasından başlayır. mən həbsdə olan hıər kəsə azadlıq arzub edirəm. Məhkəmə hesab etdi ki, səhvim var ona görə də cəza verdi. mən də cəzamı çəkdim”.
Xatırladaq ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbi  q edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinı inzibati həbslə cəzalandırılmışdı.
Gununsesi.org